- Baxış sayı: 35
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, Azərbaycan cüdo federasiyası (ACF), 7-13 mayda Qətərdə keçirilən dünya çempionatından sonra ACF-ə istefa ərizəsini təqdim edən performans direktor Mark van der Hamla müqaviləyə xitam verilməsi ilə bağlı açıqlama yayıb.
“Bütün Azərbaycan idmançılarına və heyət üzvlərinə gələcək karyeralarında və yarışlarda uğurlar arzulayıram. Azərbaycanda olduğum müddətdə Federasiya tərəfindən göstərilən hərtərəfli dəstəyə görə təşəkkürümü bildirirəm” – deyə, niderlandlı mütəxəssis bildirib.
ACF, ona Azərbaycanda cüdonun inkişafında göstərdiyi səylərə, milli yığmaların işinin təşkilində göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirir və gələcək karyerasında uğurlar arzu edir.