ACF hakimləri “B” kateqoriyalı hakim statusu qazandı

1-2 iyunda Avstriyanın Qrats şəhərində Avropa cüdo birliyi (EJU) tərəfindən hakimlər üçün “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.

Allsport.az xəbər verir ki, imtahanda Azərbaycan cüdo federasiyasının hakimlər heyətinin üzvləri Pərviz Hüseynov və Mehman İmamquliyev da iştirak ediblər.

İlkin olaraq hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, 1-2 iyunda keçirilən gənclər arasında Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə keçən hakimlərimiz “B” kateqoriyalı hakimlik lisenziyasını əldə ediblər.

Pərviz Hüseynov və Mehman İmamquliyevi Azərbaycan cüdo ailəsi adından təbrik edir, gələcək peşəkar fəaliyyətində yeni uğurlar arzu edirik.

Həmin kateqoriyadan