ACF-in keçmiş baş katibi millimizin sabiq baş məşqçisinə qarşı ittihama inanmır

Cüdo federasiyasının keçmiş baş katibi Elnur Camalxanov millimizin sabiq baş məşqçisi Peter Zeyzanbaherə dəstək verib. Allsport.az saytı xəbər verir ki, həmkarımız öz şəxsi “Facebook” səhifəsində, avstriyalı mütəxəssisin 17-27 il bundan əvvəl azyaşlılara qarşı təcavüz etdiyi ittihamı ilə razılaşmayıb və buna inanmadığını dilə gətirib:

“Bir məsələyə toxunmaq istəyirəm. Ən azından fikir bildirmək haqqım var. Avstriya məhkəməsi 2-qat olimpiya çempionu, elə özlərinin də fəxri sayılan təcrübəli məşqçi Peter Zeyzanbaher haqqında həbs qəti imkan tədbiri seçib. Səbəb isə müvafiq olaraq 17-27 il bundan əvvəl azyaşlılara qarşı təcavüz göstərilib. Hərçənd Avstriya məhkəməsi üçün mənim fikirlərim önəmli olmasa da bu şəxslə 3 il çalışmış biri kimi bu ittihamla razılaşmağım gəlmir. Çox qısaca səbəbin izah edim.

Əvvəla o şəxs uzun müddət dövlət məmuru olub. Avstriya İdman Nazirliyində çox illər rəhbər vəzifə tutub və əsas fiqurlardan biri olub. Ozünün dediyi kimi onun komandası postundan getdikdən sonra (orda da komanda oyunu var imiş. gəldi komanda getdi komanda prinsipi) Seysenbaher də öz vəzifəsiylə vidalaşmalı olub. Bildiyim qədər, son illər Avstriyada köhnə komandanın yenidən gündəmə gəlmə ehtimalı formalaşıb. Və bu ittihamı da mən əsas fiquru (Zeyzanbaher) sıradan çıxarmağa atılan cəhd kimi qiymətləndirirəm.

Sual olunur, niyə bu 27 il ərzində cinayət bilinmədi, yalnız son 3 ildə gündəmə gətirildi? Əgər cinayət əməli olubsa demık ki, hüquq mühafizə orqanları bu müddət ərzində cinayəti gizlətməklə məşqul olublar. Yox, əgər olmayıbsa demək siyası oyun gedir. Mən daha çox ikinci varianta üstünlük verirəm. Çünki son dövrlər onun həm ticarətdə həm də məşqçi karyerasında qazandığı uğurlar çoxlarının boğazından keçmir. O üzdən Avstriya məhkəməsinin çıxardığı qərarı qeyri-səmimi qəbul edirəm. Özlərinin öz qəhrəmanlarını, fəxrlərini qəbul etdikləri kimi”….

Həmin kateqoriyadan