Aerobika gimnastikası üzrə 8-ci ölkə birinciliyi keçiriləcək

Noyabrın 7-də Heydər Əliyev adına idman-konsert kompleksində akrobatika üzrə ölkə çempionatı və Bakı birinciliyi, bir gün sonra isə aerobika gimnastikası üzrə ölkə çempionatı, Bakı çempionatı və paytaxt birinciliyi keçiriləcək.

Allsport.az xəbər verir ki, akrobatika gimnastikası üzrə XXIX ölkə çempionatında Bakı gimnastika məktəbi, “Ocaq sport”, “Neftçi” idman klubu, 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbindən ümumilikdə 73 idmançı çıxış edəcək.

Üç günlük yarışlarda qadın cütlükləri, kişi cütlükləri, qarışıq cütlüklər, qadın qrupları və kişi qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Noyabrın 8-də 8-ci dəfə startı veriləcək aerobika gimnastikası üzrə yarışda isə “Ocaq sport” klubu və Sumqayıt olimpiya idman kompleksindən 76 gimnast medallar uğrunda mübarizə aparacaq.

İdmançılar uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarına uyğun olaraq fərdi və üçlük proqramda çıxış edəcəklər.

Həmin kateqoriyadan