- Baxış sayı: 40
- 23 Aprel 2025 23:17
- Baxış sayı: 63
- Aprel 24, 2025
- 0
Fevralın 7-də Milli Gimnastika Arenasında ölkənin idman tarixində ilk dəfə olaraq aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçiriləcək. Allsport.az xəbər verir ki, yarışlarda 2004-2006 və 2001-2003-cü il təvəllüdlü gimnastlar, həmçinin milli komandanın üzvləri – senior gimnastlar iştirak edəcəklər.
Gimnastlar fərdi, qarışıq cütlükdə və qrup hərəkətləri ilə çıxışlar nümayiş etdirəcəklər. Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi altında inkişaf etdirilən gimnastikanın bir növü olan aerobika 1995-ci ildən mövcuddur. Azərbaycanda isə bu idman növü ötən ildən etibarən inkişaf etdirilməyə başlanılıb.