- Baxış sayı: 234
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Noyabrın 1-2-də aerobika gimnastikası üzrə 8-ci ölkə birinciliyi, Bakı çempionatı və paytaxt birinciliyi keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışlar Heydər Əliyev adına idman-konsert kompleksində təşkil olunacaq.
Turnirdə “Ocaq sport” klubu və Sumqayıt olimpiya idman kompleksindən 76 gimnast medallar uğrunda mübarizə aparacaq.
İdmançılar uşaqlar (2013-2015), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarına uyğun olaraq fərdi və üçlük proqramda çıxış edəcəklər.