- Baxış sayı: 221
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Koreya Respublikasının İnçeon şəhərində aerobika gimnastikası üzrə dünya çempionatı keçirilib.
Allsport.az saytı xəbər verir ki, 2013-cü ilin sonundan etibarən ölkəmizdə inkişaf etməyə başlayan bu növün təmsilçiləri ilk dəfə olaraq belə mötəbər yarışa qatılıblar.
Kişilərin fərdi yarışlarında çıxış edən Vladimir Dolmatov 20-ci, dünya yaş qruplarında qadınların fərdi çıxış proqramı üzrə yarışlarda isə Nərminə Hüseynova 35-ci nəticə göstərib.