- Baxış sayı: 214
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Çex Respublikasının paytaxtı Praqada aerobika üzrə açıq turnirdə millimiz 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, fərdi proqramda Məryəm Topçubaşova (12-14 yaş) və Dilarə Qurbanova (15-17 yaş) bütün rəqiblərini üstələyiblər.
Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımovadan ibarət üçlüyümüz (15-17 yaş) və Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımovadan ibarət qrup (15-17 yaş) fəxri kürsünün 1-ci pilləsində qərarlaşıblar.
Komandamızın digər təmsilçisi Vladimir Dolmatov fərdi növdə ustalarda gümüş medal qazanıb. Üçlük proqramında Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və Vladimir Dolmatov 2-ci olublar. Qarışıq cütlüklərdə Vladimir Dolmatov və Mədinə Mustafayeva bürünc mükafata yiyələniblər.