- Baxış sayı: 36
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 36
- Noyabr 25, 2024
- 0
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda “Bakılı”nın, “İnter”in və “Neftçi”nin müraciətlərinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin “Bakılı” FK barədə çıxardığı qərar (“Göyəzən” – “Neftçi” oyunu ilə bağlı texniki məğlubiyyət) qüvvədə saxlanılsın. Bu oyunun hakimlər briqadası və hakim-inspektoru barəsində hər iki komitə lazımi ölçü götürüb Apellyasiya və Ekspert Komitəsinə məlumat versin.
2. “İnter” PİK-in futbolçusu Zurab Xizanişvili (4 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılsın. “İnter” PİK-in futbolçusu Georgi Lomaya barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Georgi Lomaya analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
3. “Neftçi” PFK-nın futbolçusu Fəhmin Muradbəyli (2 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılsın.