- Baxış sayı: 88
- 10 Dekabr 2025 22:10
- Baxış sayı: 45
- Dekabr 16, 2025
- 0

Gimnastika federasiyasının nümayəndələri Bakının Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağına baş çəkiblər. Allsport.az saytı xəbər verir ki, görüşdə bədii gimnastika millisinin üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova da iştirak ediblər.
Uşaq sığınacağının balaca sakinlərinə xoş anlar yaşadıblar. Federasiya nümayəndələri qarşıdan gələn Təqvim ili və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə uşaqları təbrik edərək, onlara xoşbəxt həyat arzulayıblar.
Gimnastlarımız balacalara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.