- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 30
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan idman jurnalistləri federasiyasında (AİJF) Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Mahal Məmmədovla görüş keçirilib. Allsport.az xəbər verir ki, Məmmədovu idarə heyəti adından salamlayan AİJF prezidenti Qabil Mehdiyev bildirib ki, Vətən müharibəsində ümumilikdə 5 idman jurnalistimiz iştirak edib və onların hər biri idman mediamızın fəxridir.
AİJF prezidenti torpaqlarımızın azad edilməsi yolunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsinin hər zaman hörmətlə anılacağını qeyd edib.
Görüşdə AİJF-nin vitse-prezidentləri Firuz Abdulla, Mahir Rüstəmli, İdarə Heyətinin üzvü Elşən Məmmədov çıxış edərək Vətən müharibəsində idman jurnalistlərimizin də böyük şücaət göstərdiklərini qeyd ediblər və Məmmədova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.
Səmimi görüşə görə, federasiya rəhbərliyinə təşəkkürünü bildirən Məmmədov müzəffər Azərbaycan Ordusunun sıralarında döyüşməkdən şərəf duyduğunu bildirib, qələbəyə aparan döyüş yolundan bəhs edib, xatirələrini bölüşüb. O, görüşdə AİJF-nin “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyələri təqdim edilib.
Torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etmiş idman jurnalistləri ilə sayca üçüncü görüşdü. Bundan əvvəl dekabrın 30-da qazi Daşqın Əzizlə, yanvarın 9-da isə Anar Miriyev, Süleyman Vəliyev və Mehman Əşrəfovla görüş keçirilib.