- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Cenevrədə keçirilən akrobatika gimnastikası üzrə 11-ci dünya yaş qrupları yarışları komandamız üçün bürünc medalla yekunlaşıb. Allsport.az xəbər verir ki, yarışların sonuncu günü Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan (12-19 yaş qrupu) ibarət qadın qrupumuz qarışıq hərəkətlər proqramı üzrə final çıxışlarına görə fəxri kürsünün üçüncü pilləsində yerlərini alıblar.
Bu medal qızlarımızın belə irimiqyaslı bir yarışdan əldə etdikləri ilk medaldır. Bu, həm də gimnastika tariximiz üçün məhz dünya yaş qrupları yarışlarında qadın qrupu proqramında əldə olunan ilk nəticədir.
Finalçılar arasında Milana Əliyeva və Nizam Xamidulindən (12-19 yaş qrupu) ibarət qarışıq cütlüyümüz də yer alıb. Dünya birinciliyində ilk dəfə çıxış edən cütlüyümüzü mükafatçılar kürsüsündən gimnastlarımızın boylarındakı fərqə görə verilən cərimə xalı ayırıb. Onlar həlledici mərhələdə 5-ci olublar.
Dünya yaş qrupları yarışlarında ölkəmiz həm də 11-17 yaş qrupunda Zəhra Bakıxanova, Leyla Əsgərova və Xanım Məmmədzadədən ibarət qadın qrupu, 13-20 yaş kateqoriyasında Mehriban Salamova və Sabir Ağayevdən ibarət qarışıq cütlük, həmçinin Samirə Rüstəmova və Rauf Cabbarovdan ibarət 12-19 yaş qrupunda daha bir cütlüklə təmsil olunub.