- Baxış sayı: 50
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə açıq Asiya turniri start götürüb.
Allsport.az xəbər verir ki, ilk yarış günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb.
Tofiq Məmmədov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.
Hüseyn Allahyarov (60 kq) ilə Ülviyyə Bayramova (57 kq) gümüş medala yiyələniblər.
Elşən Əsədov (66 kq) və İbrahim Əliyev (73 kq) millimizin aktivinə bürünc medal yazdırıblar.
Açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.