- Baxış sayı: 71
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Qazaxıstanın Aktau şəhərində keçirilən açıq Asiya turniri başa çatıb.
Allsport.az xəbər verir ki, son yarış günündə milli komandamızın daha 4 üzvü fəxri kürsüyə qalxıb.
70 kq çəki dərəcəsində çıxış edən qadınlar arasında yarışın finalı Azərbaycan derbisi ilə əlamətdar olub. Südabə Ağayeva qızıl, Aytac Qardaşxanlı gümüş medalı boynundan asıb.
78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli də gümüş medala layiq görülüb. Kişilərin mübarizəsində Elmar Qasımov (100 kq) bürünc medal əldə edib.
Ötən gün Tofiq Məmmədov (60 kq), Gültac Məmmədəliyeva (52 kq) qızıl, Hüseyn Allahyarov (60 kq), Ülviyyə Bayramova (57 kq) gümüş, Elşən Əsədov (66 kq) və İbrahim Əliyev (73 kq) bürünc medalla yadda qalıblar.
Yekunda 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10 medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü yeri tutub.