- Baxış sayı: 36
- 24 Noyabr 2024 10:15
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bədii gimnastika üzrə Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Aliyə Qarayeva paytaxtda keçirilən planetin ən güclülərinin yarışında millini dəstəkləməyə gəlib.
Allsport.az saytı xəbər verir ki, o, dünyanın heç bir yerində gimnastlar üçün Azərbaycanda olduğu kimi şərait yaradılmadığını bildirib. Keşmiş yığmamızın üzvü Milli Gimnastika Arenasını da yüksək qiymətləndirərək Bakının həmişə turnirlərin və məşq toplantılarının təşkilinin yüksək səviyyəsi ilə fərqləndiyini əlavə edib. Sitat:
“Mənə Avropada işləmək nəsib olub və deməliyəm ki, Azərbaycanda olan şərait dünyanın heç yerində yoxdur. Mən Azərbaycan gimnastikasını izləməkdə davam edirəm, qızların uğurları ilə maraqlanıram. İndi iki uşaq anası olsam da, burada mənə kömək edən nənələri var və bu səbəbdən idmançılarımızı tribunalardan rahatlıqla izləyə bilirəm”.