- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Milli komandamızın keçmiş bədii gimnastı Aliyə Qarayeva keçmiş yurdumuz, Ərmən diyarında yaşayan xainlərin iyulun 12-də qəfil Tovuz rayonunu atəşə məruz qalmasına münasibət bildirib. Allsport.az saytının məlumatına görə, o, hərbçilərimizin həlak olmasından çox kədərləndiyini deyib:
“Uzun illərdir ki, Azərbaycanı idman arenasında təmsil edirəm və bu ölkə ilə çox yaxından əlaqədəyəm. Həyat yoldaşım azərbaycanlı, övladlarımız azərbaycanlıdırlar. Bu ölkə qəlbimdə əbədidir.
İyulun 12-də Azərbaycanın Tovuz rayonu Ermənistan tərəfindən kütləvi atəşə məruz qaldı. Döyüşlər bu günə qədər davam edir. Azərbaycan tərəfi bu hücumu dəf edə bildi, amma təəssüf ki, 11 nəfər həlak oldu.
Bu hadisələr ailəmizə də təsir etdi. Axı oğullarımın böyük babası, Sovet İttifaqı qəhrəmanı Mərdan Musayev bu bölgədəndir. Bu insanların ölümü hamımız üçün böyük bir kədərdir. Vətənlərini müdafiə edərək öldülər. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Sizinlə kədərlənirik.
Bu çətin günlərdə prezidentimizin ətrafında toplaşmalı və Azərbaycanın xeyrinə hər şeyi etməliyik”.
Xatırladaq ki, Aliyə Qarayeva Bakı-2007 Avropa çempionu, dəfələrlə dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. “Neftçi” klubunun keçmiş üzvü hazırda ailəsi ilə birgə Almaniyanın Frankfurt şəhərində yaşayır.