“Alma kuboku”ndan 3 qızılla

Qazaxıstanın Almatı şəhərində bədii gimnastika üzrə “Alma kuboku”nda təmsilçilərimiz uğurlu çıxışları ilə yadda qalıblar. Allsport.az saytı xəbər verir ki, yarışın reqlamentinə əsasən çoxnövçülük proqramında çıxışlar 2 alət üzrə qiymətləndirilib.

Lent və gürzlər üzrə yerinə yetirilən çoxnövçülük proqramında gənclər arasında Fidan Qurbanlı (49.500 xal), yeniyetmələr yaş kateqoriyasında Alina Kolesnikova (44.150 xal) qızıl medallara sahibi olublar.

Nur Sadıqova (51.950 xal) isə yeniyetmələr arasında keçirilən halqa və top alətləri üzrə çoxnövçülük mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bundan başqa, zəriflik nümayişində gənclər arasında Fidan Qurbanlı, yeniyetmələr arasında isə Nur Sadıqova “Miss Grace” nominasiyasının qalibi adına layiqi görülüblər.

Həmin kateqoriyadan