Almaniyada kimlər çıxış edəcək?

Oktyabrın 25-də Almaniyanın Kotbus şəhərində batut üzrə “Gymcity open” beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.

Allsport.az xəbər verir ki, üç gün davam edəcək yarışda fərdi gimnastlar Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ömər Baxşalıyev, Fərhad Mustafayev, Ömər Qasımlı mübarizə aparacaqlar.

Sinxron çıxışlarda isə Hüseyn Abbasov – Nicat Mirzəyev, Əli Niftəliyev – Ömər Baxşalıyev və Fərhad Mustafayev – Ömər Qasımlı cütlükləri bacarıqlarını göstərəcəklər.

Onlara məşqçilər Vladimir Şulikin və Abdulla Qasımov rəhbərlik edəcək.

Həmin kateqoriyadan