- Baxış sayı: 37
- 04 Aprel 2025 21:44
- Baxış sayı: 41
- Aprel 04, 2025
- 0
Almaniyada yeniyetmə və gənc qızlar arasında beynəlxalq Türingiya kubokuna yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan yığması 2 qızıl və 1 gümüş medal qazanıb.
Xədicə Abdullayeva (40 kq) və Vüsalə Hacıyeva (52 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Leyla Ələkbərova (44 kq) yalnız finalda uduzaraq, 2-ci olub.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-ci yerdə başa vurub.
Qeyd edək ki, millimiz turnirdə 6 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunub.