- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Qazaxıstanın Almatı şəhərində keçirilən dünya cudo turunun 3-cü günündə millimizin üzvləri uğurlu çıxış ediblər. Allsport.az saytımım məlumatına görə, Xəzərin o tayına 2-ci heyətlə yollanan komandamızın əsas ümidi bu gün tatamiyə çıxan “bir nömrəlilər”imiz idi. Sevindiricidir ki, onların hər 3-ü ümidləri doğruldub.
Bütün görüşlərini qələbə ilə başa vuran ilk və hələlik yeganə dünya çempionumuz Elxan Məmmədov (100 kq) qızıl medal qazanıb. yalnız finalda uduzan Uşangi Kokauru (+100 kq) 2-ci olub.
Rio-2016-ya vəsiqəni əməli olaraq təmin edən Məmmmədəli Mehdiyevə (90 kq) bu yarışda bürünc mükafat reytinqdə mövqeyini bir qədər də möhkəmləndirmiş olub.