- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Çox yaxşı bilirsiniz ki, iyun ayında Bakıda idman tarixində ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək. Həmin möhtəşəm idman bayramına hazırlıq üçün bu turnir keçirilir. Çünki adətən Avropa çempionatında hər idman növündə yarışlar ayrı-ayrı keçirilir, bu dəfə isə biz 6 idman növünü cəmləşdirib Milli Gimnastika Arenasında və xüsusi yeni bir proqramla keçiririk”.
Allsport.az xəbər verir ki, bunu “Trend”ə açıqlamasında Bakıda gimnastika növləri üzrə Açıq birgə ölkə çempionatının keçirilməsinə münasibət bildirərkən Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib.
Həsənov vurğulayıb ki, bu, çox əhəmiyyətlidir: “Bilirsiniz ki, bu, ilk dəfədir. Burada bizim əsas məqsədlərimizdən biri də odur ki, bunun hazırlığı necə olacaq, necə keçəcək, gimnastikanın bu növlərinin keçirilməsinin sinxronluğu, ardıcıllığı necə olacaq”.
Azərbaycan gimnastlarının bu yarışmada nəticələrinə gəlincə, AGF-nin vitse-prezidenti bunu qənaətbəxş hesab edib: “Bilirsiniz ki, həm idman gimnastlarımız, həm də bədii gimnastlarımız yaxşı çıxış edib. Marina Durunda da burada yaxşı çıxış etdi. Biz qarşıda onlardan daha çox uğurlar gözləyirik. İndi əsas o idi ki, bu formada, yəni 4 Olimpiya idman növü, 2 qeyri-olimpiya idman növünün vahid bir idman tədbiri kimi keçirilməsində bizim idmançılarımız özlərini necə hiss edəcəklər.
İdmançılarımız, məşqçilərimiz, yəni bu işə aidiyyəti olan bütün insanların hazırlığı da qənaətbəxşdir. Təbii ki, nəticələr çıxaracağıq. Biz Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi ilə əməkdaşlıq edirik və bir-birimizə tövsiyələr veririk. İnşallah, iyun ayını gözləyirik ki, Avropa Oyunları daha uğurlu keçsin, bu Oyunlar idman tarixinə yazılsın və təbii ki, Azərbaycan bayrağı dəfələrlə dalğalansın, himnimiz səslənsin”.