- Baxış sayı: 35
- 24 Noyabr 2024 10:15
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Bu gün Azərbaycan gimnastika federasiyasının 20-illiyini qeyd edirik. Təşkilat ötən dövrdə böyük inkişaf yolu keçib. 2002-ci ildə Mehriban Əliyeva prezident seçildikdən sonra, federasiyanın uğurlu inkişafın əsası qoyulub”.
Allsport.az saytı xəbər verir ki, bunu AGF-in 1-ci vitse-prezidenti Altay Həsənov deyib. O, görülən işlərin indi bəhrəsini verdiyini qeyd edib: “Gimnastlarımız ötən müddətdə beş dəfə Olimpiya Oyunlarında iştirak edib, dünya və Avropa çempionatlarında, irimiqyaslı yarışlarda mükafatlar qazanıblar.
Federasiyamızın nümayəndələri Avropa və beynəlxalq gimnastika federasiyalarında məsul vəzifələrə seçiliblər. Bu illər ərzində çoxlu sayda məşqçi və hakim hazırlanıb. Azərbaycanın 29 bölgəsində bölmələr açılıb və inkişaf edir. Əlbəttə, çətinliklərimiz də olur, lakin onların öhdəsindən gəlirik”.