- Baxış sayı: 86
- 10 Dekabr 2025 22:10
- Baxış sayı: 44
- Dekabr 16, 2025
- 0

Gimnastika federasiyasının vitse-prezidenti Altay Həsənov batut və tamblinq üzrə Avropa çempionatında medal qazanmış gimnastları, eləcə də onların məşqçiləri ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, o, idmançıları təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb.
İtaliyanın Rimini şəhərində batutda Maqsud Mahsudov və Hüseyn Abbasov sinxron proqramda qızıl medal qazanıb. Adı ilk çəkilən gimnast gənclərdə eyni nəticəni göstərib.
Tamblinq Adil Hacızadə, Tofiq Əliyev və Mixail Malkin komanda yarışında 3-cü olublar.