- Baxış sayı: 35
- 30 Yanvar 2023 15:10
- Baxış sayı: 15
- Fevral 02, 2023
- 0
Qılıncoynatmanın sablya növü üzrə millinin lideri Anna Başta açıqlama verib. Allsport.az xəbər verir ki, o, hazırlığı dəyərləndirib:
“Hər şey qaydasındadır. Reytinq favoriti olmağım məni daha da ruhlandırır. Cari ildə keçiriləcək turnirlərdə layiqincə çıxış etmək istəyirəm. Gürcüstan, Bolqarıstan və Qazaxıstandan olan idmançılarla birgə hazırlıq keçirik. Düşünürəm ki, bu toplanışın millimizə faydası olacaq.
Tunisdə keçiriləcək qran-pridə yaxşı çıxış etməyə çalışacağıq. Apreldən olimpiya oyunlarına lisenziya xarakterli yarışlar başlayır. Bütün diqqətimizi bu turnirlərə yönəldəcəyik. Gücümüzü elə bölməliyik ki, il ərzində keçiriləcək turnirlər üçün kifayət etsin”.