- Baxış sayı: 91
- 10 Noyabr 2025 18:01
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

Çempionlar liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarının təqvimi açıqlanıb.
Allsport.az xəbər verir ki, bu qrupun oyunları oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək. Təmsilçimiz ilk matçda “Uraqan İvano – Frankivsk” (Ukrayna) klubu ilə üz-üzə gələcək. Ertəsi gün “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu sonda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qrupun oyunları Ukraynada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.