- Baxış sayı: 63
- 26 Mart 2026 10:00
- Baxış sayı: 810
- Mart 30, 2026
- 0

Futzal üzrə yüksək liqada 2019/2020-ci il mövsümünə yekun vurulub. Allsport.az xəbər verir ki, “Araz” 15 dəfə hamıdan güclü olub.
Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.
Bu, sayca 27-ci ölkə çempionatı idi. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında təşkil olunub.