- Baxış sayı: 99
- 10 Dekabr 2025 22:10

- Baxış sayı: 125
- Dekabr 19, 2025
- 0


Bədii gimnastika üzrə milli komandanın üzvü, Avropa çempionatının bürünc, gənclər arasında dünya çempionatının gümüş və bürünc medalçısı Arzu Cəlilova peşəkar idman karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, o, Milli gimnastika arenasında yarış zamanı gimnast kimi son çıxışı ilə idman karyerasına vida edib.
Azərbaycan gimnastika federasiyasının baş katibi Fatimə Şəfizadə onu Azərbaycan gimnastikasının inkişafına verdiyi töhfələrə görə ödülləndirib.