- Baxış sayı: 43
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 136
- Fevral 06, 2026
- 0

Qazaxıstanın Astana şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışı yekunlaşıb.
Allsport.az xəbər verir ki, Azərbaycan yığması turniri 3 bürünc medalla başa vurub.
Millimizin heyətində Elcan Hacıyev (90 kq), Vüqar Talıbov (90 kq) və Kamran Süleymanov (66 kq) mükafatçılar sırasında yer alıblar. Daha 5 cüdoçumuz medalın 1 addımlığında mübarizəni dayandıraraq, 5-ci olub. Bu nəticə ilə Azərbaycan “Böyük Dəbilqə”ni 17-ci pillədə başa vurub.
Yaponiya yığması (2-0-4) medal sıralamasında 1-ci yeri tutub. İtaliya (1-1-2) ikinci, Çin (1-1-1) isə üçüncü pillədə qərarlaşıb.