- Baxış sayı: 242
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bu gün İtaliyanın Pezaro şəhərində akrobatika üzrə aşağı yaş qrupları arasında Avropa çempionatına start veriləcək.
Allsport.az xəbər verir ki, 12-19 yaşlı gimnastlar arasında Azərbaycanın 4 təmsilçisi mübarizə aparacaq. Qarışıq cütlərin yarışında Milana Əliyeva ilə Nizam Xamidulin və Samirə Rüstəmova ilə Rauf Cabbarov məharətlərini nümayiş etdirəcək.
Sentyabrın 26-dək davam edəcək qitə birinciliyində 28 ölkədən 456 gimnast mübarizə aparacaq.