Avropa çempionatına yollanacaq gimnastlarımız 

Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, yarışda iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

Böyüklərin fərdi yarışlarında Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova mübarizə aparacaq. Qrup hərəkətləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komandamız xalça üzərinə çıxacaq. Gənclərin fərdi mübarizəsinə Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadirova və Fidan Qurbanlı qatılacaq.

Səfərə yollanacaq heyətdə yığmamızın məşqçiləri Nəzrin Cəfərzadə, Nərmin Cahangirova, Kamil Quliyev, Ruslan Eyvazov və Akif Kərimli də yer alıb. Çempionatın hakimləri arasında təmsilçimiz Nigar Abdulsalimova da olacaq.

Həmin kateqoriyadan