- Baxış sayı: 164
- 26 Mart 2026 11:23
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

Macarıstanın Budapeşt şəhərində baş tutan bədii gimnastika üzrə Avropa çempionatında qrup hərəkətləri üzrə millimiz mübarizəni sona qədər davam etdirəcək.
Allsport.az xəbər verir ki, millimizin üzvləri 5 halqa ilə çıxışlarında 37,050 xal, 3 lent və 2 top proqramında isə 33,150 xallıq nəticə göstərərək hər iki proqram üzrə 4-cü pilləyə yüksəlib. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət yığmamız beləliklə həlledici mərhələdə – finalda iştirak haqqı qazanıb.
Həmçinin millimiz çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq siyahıda 4-cü yerdə qərarlaşıb.