- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Sentyabrın 17-19-da İtaliyanın Pezaro şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, çempionatda ölkəmizi qadınların mübarizəsində Nurcan Cabbarlı və Dilarə Qurbanova, kişilərin yarışında də isə Vladimir Dolmatov təmsil edəcək.
Çempionatda dünya və Avropa çempionlarının iştirakı gözlənilir. Belə ki, mayın 27-29-da Bakıda təşkil olunan dünya çempionatının qalibi türkiyəli Ayşe Onbaşı və İspaniya idmançısı Migel Manenin də iştirakı dəqiqləşib.
Avropa çempionatında 164 yeniyetmə və 163 böyük gimnast medallar uğrunda mübarizə aparacaq.