- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa gimnastika ittifaqının ikiillik baş assambleyası keçirilib.
Allsport.az xəbər verir ki, ölkəmizi tədbirdə gimnastika federasiyasının baş katibi Nurlana Məmmədzadə, icra komitəsinin üzvü Mariana Vasileva, federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev və texniki direktoru Natalya Bulanova təmsil ediblər.
47 üzv federasiyanın iştirak etdiyi baş assambleyada bir sıra mühüm qərarlar qəbul edilib. Əsas qərarlar isə gimnastikanın gələcək inkişafı naminə təşkilatın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi və təşkilatın adının dəyişdirilməsi sayıla bilər. Bundan sonra Avropa gimnastika ittifaqı “Avropa gimnastikası” adlanacaq. Bu dəyişiklik isə 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək.
“Avropa gimnastikası”na 2006-2017-ci illərdə AGF-nin baş katibi olmuş, azərbaycanlı Fərid Qayıbov rəhbərlik edir.