Avropa Gimnastikasının prezidenti millimizlə bir arada

Bu gün Norveçin Bodo şəhərində 11 ölkədən “Gimnastika hamı üçün” növünün təmsilçisi olan 1250 gimnast həyat naminə 4-cü Avropa Gimnastikası “Çağırış” tədbirində bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, tədbirin açılışında bu qurumun prezidenti (gənclər və idman naziri) Fərid Qayıbov çıxış edib.

Əsas məqsədi gimnastikanın birləşdirici gücünü nümayiş etdirmək, eləcə də yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq hər kəsin bu idman növündə özünü sınaya biləcəyini göstərməkdir. Bu yarışda iştirak edən bütün komandalar medal və diplomlarla təltif edilir.

Həmin kateqoriyadan