- Baxış sayı: 32
- 14 Aprel 2025 13:53
- Baxış sayı: 28
- Aprel 14, 2025
- 0
Allsport.az xəbər verir ki, idmançılarımız Göygöldə keçirilən yeniyetmələr arasında Avropa kubokunda fərqləniblər.
Cüdoçularımız yarışda 1 qızıl və 1 bürünc medal əldə ediblər. 81 kq çəkidə çıxış edən Mehdi Abbasov bütün rəqiblərinə qalib gəlib. Qızıl medal qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hüseyn Eyvazlı 90 kq çəkidə fərqlənib. O, Avropa kubokunun bürünc medalına yiyələnib.
Turnirdə 14 ölkədən 323 idmançı mübarizə aparır.