- Baxış sayı: 50
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Avqustun 2-3-də Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa kuboku keçiriləcək.
Allsport.az xəbər verir ki, Avropa cüdo birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.
Milli komandaya gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.
Turnirdə 26 ölkədən 241 idmançı mübarizə aparacaq.
Yığmanın heyəti belədir:
Oğlanlar
60 kq
Nihad Məmişov
Fərid Qarayev
66 kq
Məhəmməd Musayev
Nizami İmranov
73 kq
Əbil Yusubov
81 kq
Süleyman Şükürov
90 kq
Tuncay Şamil
Aslan Kotsoyev
+100 kq
Ramazan Əhmədov