- Baxış sayı: 28
- 11 Aprel 2025 20:58
- Baxış sayı: 104
- Aprel 11, 2025
- 0
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku başa çatıb.
Allsport.az xəbər verir ki, ikinci yarış günündə milli komanda aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.
+100 kq çəki dərəcəsinə tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Süleyman Şükürov (-81 kq) və Tuncay Şamil (90 kq) gümüş medala yiyələnib.
İlk yarış günü gənc cüdoçulardan Fərid Qarayev (60 kq) ilə Məhəmməd Musayev (66 kq) qızıl, Nihad Məmişov (66 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medal əldə etmişdi.
Beləliklə, 7 medal qazanmış gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.