Avropa kubokunun qalibi oldu

Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna start verilib.

Allsport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçisi Aysun Məmmədova qızıl medalın sahibi olub.

52 kq çəki dərəcəsində tatamiyə çıxan Məmmədova müvafiq olaraq 1/16 finalda İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada və yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.

Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.

Həmin kateqoriyadan

azenrutr