Azərbaycan 7 çəki dərəcəsində təmsil olunacaq

5-6 apreldə Polşanın Poznan şəhərində gənclər arasında Avropa kuboku keçiriləcək. 

Allsport.az xəbər verir ki, turnirdə 23 ölkədən 438 idmançı iştirak edəcək. Avropa cüdo birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 7 çəki dərəcəsində 12 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Oğlanlar

60 kq

Nihad Məmişov

Fərid Qarayev

66 kq

Məhəmməd Musayev

73 kq

Mehdi Cəfərov

Əbil Yusubov

81 kq

Cəsur İbadlı

Süleyman Şükürov

90 kq

Əli Qazıməmmədov

Tuncay Şamil

100 kq

Davud Namazlı

+100 kq

Ramazan Əhmədov

Eldar Əliyev

Həmin kateqoriyadan

azenrutr