Azərbaycan Avropada 1-ci oldu!

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Estoniyanın paytaxtı Tallində qitə çempionatında tarixi nəticə qazanıb. Allsport.az saytı xəbər verir ki, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qızlarda yığmanın məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədovun rəhbərliyi ilə qatılan 16 (9 oğlan, 7 qız) cüdoçumuz fərdi çıxışlarda 4 qızıl, 2 gümüş, 2 bürünc olmaqla, 8 medala nail olublar.

Beləliklə, Azərbaycan ümumkomanda hesabında 39 ölkə arasında 1-ci yeri tutdu. Ölkəmiz həmçinin oğlanların sıralamasında 1-ci, qızların sıralamasında 2-ci nəticə göstərib. Bu münasibətlə milli yığmamız Avropa Cüdo Birliyi tərəfindən mükafata layiq görülüb. Həmin mükafat baş məşqçi Elxan Məmmədova təqdim olunub.

Həmin kateqoriyadan