Azərbaycan bədii gimnastika millisi bürünc medal qazandı

Azərbaycanın ikinci komandası Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında bədii gimnastika üzrə çoxnövçülüyün qrup yarışlarında bürünc medal qazanıb. Allsport.az xəbər verir ki, “Azərbaycan-2” komandasını təmsil edən gimnastlar 30.150 bal toplayıblar.

Aktivində 35.266 bal olan Rusiya birinci, Fransa isə 31.183 balla ikinci olub. Azərbaycanın birinci komandası 30.149 balla dördüncü yerdə qərarlaşıb.

Akrobatika üzrə qarışıq cütlüklərin yarışında birlikdə çıxış edən azərbaycanlı gimnastlar Ulyana Dyakova və Anatoli Leonov isə kombinasiyalı tapşırıqların yekunu üzrə finalda ikinci olublar. U.Dyakov və A.Leonov 24.652 bal toplayıblar. Qızıl medalları 26.193 balla Bolqarıstan təmsilçiləri tutublar. 26.016 bal yığmış almaniyalı cütlük ikinci yerlə kifayətlənib.

Həmin kateqoriyadan