- Baxış sayı: 76
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 41
- Dekabr 05, 2025
- 0

Azərbaycan cüdoçuları 9-10 noyabrda Amerika birləşmiş ştatlarının Las-Veqas şəhərində keçiriləcək dünya kata çempionatında iştirak edəcək.
32 ölkədən 282 idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndləri nümayiş etdirəcək.
Nage-no-kata
Malik Alahverdiyev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
İsmayıl Rzayev – tori
İbrahim Aslanov – uke
Katame-no-kata
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke