- Baxış sayı: 79
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Allpsort.az xəbər verir ki, Azərbaycan cüdoçuları ilk dəfə 12-13 iyunda Sloveniyanın Podçetrtek şəhərində böyüklər arasında Avropa kata çempionatında iştirak edəcək.
21 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.
Cüdoçularımız yarışa hazırlaşmaq üçün Türkiyənin paytaxtı Ankarada və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.
Kata çempionatının ilkin yarışları 12 iyunda başlayacaq, finallar isə 13 iyunda keçiriləcək. 14 iyunda Podçetrtek şəhərində Kodokan seminarı baş tutacaq.
Nage-no-Kata
Malik Alahverdiyev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
İsmayıl Rzayev – tori
İbrahim Aslanov – uke
Katame-no-Kata
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke