- Baxış sayı: 35
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə böyüklər arasında Avropa kubokunda Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.
Turnirin ilk günündə kişilər arasında 60 kq, 66 kq və 73 kq çəki dərəcələrində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. 66 kq çəkidə Ruslan Paşayev qızıl medal, Kamran Süleymanov bürünc medal əldə edib. 73 kq çəkidə final görüşündə iki cüdoçumuz İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İbrahim Əliyev qızıl medal əldə edib. 60 kq çəkidə Rövşən Əliyev 5-ci, 66 kq çəkidə Tofiq Əliyev isə 7-ci yerlə kifayətlənib.