- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Dekabrın 4-də Tokioda start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, yarışda 100 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxacaq təmsilçilərimiz Elmar Qasımov yaponiyalı Aaron Volf, Elxan Məmmədov isə braziliyalı Lyuçiano Korrea ilə qarşılaşacaqlar.
Qeyd edək ki, cüdoçularımızın çıxışı dekabrın 6-na nəzərdə tutulub.