- Baxış sayı: 35
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, 31 yaşlı cüdoçu bu haqda özünün Feysbukdaki rəsmi səhifəsində paylaşım edib:
“Unudulmaz illər idi və mən cüdonu seçdiyim, böyük arenalarda bayrağımızı dalğalandırmaq şərəfinə nail olduğum üçün çox xoşbəxtəm!
Ancaq hər səyahətin bir sonu da olur.
Avqustun 8-i Olimpiya medalı qazandığım gündür və məhz bu gün böyük idmanla vidalaşıram. Bu illər ərzində mənə dəstək olan hamıya ürəkdən təşəkkürümü bildirirəm! Nə yaxşı ki, varsınız! İndi isə həyatımda yeni səhifə açmaq vaxtıdır”.
Bir dəfə Avropa çempionu olan Rüstəm 2016-cı ildə Rioda keçirilən yay olimpiya oyunlarında gümüş medal qazanıb. O, iki dəfə dünya çempionatında da ikinci yeri tutub.