- Baxış sayı: 34
- 18 Mart 2025 19:31
- Baxış sayı: 36
- Mart 18, 2025
- 0
Martın 18-də cüdo üzrə milli komandaların təlim-məşq mərkəzində təşkil edilən ilk adaptiv cüdo turnirində xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
Allsport.az xəbər verir ki, “Adaptiv cüdo” layihəsi çərçivəsində baş tutan yarış, 21 mart – beynəlxalq daun sindromu gününə həsr olunub. Layihə 2024-cü ilin iyul ayından etibarən “bp Azərbaycan” şirkəti və Azərbaycan cüdo federasiyasının (ACF) birgə əməkdaşlığı ilə həyata keçirilir.
Yarışın yekununda qaliblər medal və diplomlarla təltif olunublar.
Layihənin əsas məqsədi daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və onların özünəinamını artırmaqdır. Layihə cüdonun əsas dəyərlərini aşılamaqla yanaşı, uşaqların fiziki aktivliyini və əqli sağlamlığını inkişaf etdirməyi də hədəfləyir.