Azərbaycan cüdosunda növbəti qalmaqal! Bu dəfə 13 yaşlı qıza qeyri-etik davranış! Məşqçi həbs edildi!

Aprel ayında Sumqayıtda 7 yaşlı uşağın məşq zamanı cüdo müəllimi Mehman Xəlilov tərəfindən öldürülməsinin səs-küyü yatmamış, Fərid Bakarovun ili çıxmamış, daha bir dəhşətli hadisə yaşanıb. Allsport.az saytı xəbər verir ki, bu dəfə “gənclik şəhəri”nin 1 saylı uşaq-gənclər idman məktəbinin müəllimi Ceyhun Əliyevin məşqə gələn 13 yaşlı qıza qeyri-etik davrandığı aydın olub.

Valideynlərin şikayətindən sonra, cüdo müəllimi həbs edilib. Sumqayıt polis idarəsindən onun saxlanıldığını təsdiqləyiblər. Azərbaycan cüdo federasiya (ACF) məsələyə hələ rəsmi münasibət bildirməyib. Əldə etdiyimiz bilgiyə görə, məhkəmə-tibbi ekspertiza hər hansı təcavüz hərəkəti qeydə almayıb. Mütəxəssislər, allsport.az-a Ceyhun Əliyevin belə bir şəxs olmadığını söyləyiblər. Gəzən söz-söhbətə əsasən, o özü zorakılığa məruz qalıb və ittihamı etiraf edib.

Nəzərinizə çatdıraq ki, ACF-ə yeni prezident Rəşad Nəbiyev və komandası gəldikdən sonra bu idman növündə dəhşətli hadisələr qeydə alınıb. Ötən il Şağan olimpiya idman kompleksində  “Arifoğlu” cüdo klubunun təşkil etdiyi yarış zamanı 2002-ci il təvəllüdlü Ruslan Səfixanov yanında gətirdiyi bıçaqla 2006-ci il təvəllüdlü Turan Rüstəmova çoxsaylı zərbələr endirmiş və bunun nəticəsində yeniyetmə cüdoçu yerindəcə keçinmişdi.

Həmin kateqoriyadan