- Baxış sayı: 230
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

10-11 oktyabrda Moldovan paytaxtı Kişineuda “Standard” Avropa proqramı çərçivəsində idman bal rəqsləri həvəskarları arasında dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda bizdən Raul İsgəndərov – Kristina Qolubkina dueti idman rəqslərində çıxış edəcək. İştirakçılar 10 rəqsdən ibarət kombinasiyada yarışacaqlar.
Kişineuya dünyanın 30-dan çox ölkəsinin, o cümlədən Azərbaycan, Belarus, Yaponiya, Avstraliya, ABŞ, Finlandiya, Avstriya və başqa dövlətlərin nümayəndələri gələcək. 60-dan çox rəqs cütlüyü öz ustalığını nümayiş etdirəcək.
Xatırladaq ki, Raul İsgəndərov – Kristina Qolubkina cütlüyü “Olimp” rəqs klubunun heyətində çıxış edir. Onların məşqçiləri Aleksandr Muretov və Elen Nağıyevadır.