- Baxış sayı: 224
- 04 Fevral 2026 11:50
- Baxış sayı: 23
- Fevral 08, 2026
- 0
Ötən həftəsonu Almaniyanın Kottbus şəhərində yekunlaşan idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan gimnastı Kristina Pravdina gümüş medal qazanıb. Allsport.az xəbər verir ki, yarışın birinci günü müxtəlif hündürlüklü qollarda yüksək nəticə göstərən Kristina finala çıxmağa müvəffəq olub.
Bu alətlə finalda gimnastımız rəqibini geridə qoyaraq, 2-ci yerdə qərarlaşıb. Birinci yeri İsveç gimnastı Adlerteq, bürünc medalı isə Portuqaliya təmsilçisi Martins qazanıb.